Balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulacaq
Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün sosial sığorta haqları artırılacaq
Vergi ödəyicisinin üfüqi monitorinqə cəlb edilməsi qaydası müəyyənləşir
Qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq
26 Noyabr 2021 08:20
2 646
İsrail regionda B.1.1.529-un yeni növ koronavirusunun aşkarlanması ilə əlaqədar israillilərin səfəri qadağan edilən ölkələr siyahısına Cənubi Afrikanı və daha altı Afrika ölkəsini əlavə edib.
Bu barədə İsrail Baş naziri Naftali Bennetin mətbuat xidməti bildirib.
Açıqlamada qeyd olunub: "Xarici ölkədə koronavirusun yeni B.1.1.529 ştammının aşkar edildikdən sonra Baş nazirin keçirdiyi iclasa nəticələrinə əsasən, Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatininin (israillilərin səfəri qadağan edilən) "qırmızı ölkələr" siyahısına daxil edilməsi qərara alınıb. Bu ölkələrdən olan əcnəbilər İsrailə daxil ola bilməyəcək".
Bildirilib ki, "bu ölkələrdən İsrailə qayıdan bütün [İsraillilər] üçüncü doza ilə peyvənd edilənlər də daxil olmaqla, otellərdə yeddi gün karantində qalacaqlar."