Sülhməramlılar Ağdərəni minalardan təmizləməyə başlayıblıar Dünya

Sülhməramlılar Ağdərəni minalardan təmizləməyə başlayıblıar

Rusiya sülhməramlıları Qarabağın Ağdərə rayonunda 400 hektar ərazini minalardan təmizləməyə başlayıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağın Ağdərə şəhəri ərazisindən partlayıcı maddələrin və minalardan təmizlənməsinə başlayıblar.
Humanitar minatəmizləmə bölməsinin hərbi qulluqçuları yaşayış məntəqələrinin və yaxınlıqdakı kənd təsərrüfatı təyinatlı torpaqların və otlaqların təmizlənməsi üzrə tapşırıqları yerinə yetirirlər.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis dəstələri tərəfindən 2 322,1 hektar ərazi, 683 km yol, 1 937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26 078 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Cavid