Ottavada etirazlara görə fövqəladə vəziyyət elan edilib Dünya

Ottavada etirazlara görə fövqəladə vəziyyət elan edilib

Kanadanın Ottava şəhər administrasiyası yük maşınlarının sürücüləri tərəfindən koronavirus ilə bağlı məhdudiyyətlərə qarşı etirazlar səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

Bu barədə yerli "CBC" televiziya kanalı xəbər verib.

"[Fövqəladə vəziyyətin elan edilməsi] davam edən nümayişlərin şəhər sakinləri üçün yaratdığı ciddi təhlükəni əks etdirir və digər yurisdiksiyaların, hakimiyyət dərəcələrinin nümayəndələrinin dəstəyinə ehtiyac olduğunu vurğulayır".