Ottavada etirazlara son qoymağın vaxtı çatıb - Kanadanın baş naziri Dünya

Ottavada etirazlara son qoymağın vaxtı çatıb - Kanadanın baş naziri

Kanadanın paytaxtı Ottavada təxminən üç həftədir davam edən COVID-19-a qarşı hökumət tədbirlərinə qarşı etirazları dayandırmağın vaxtı çatıb.

Bu barədə ölkənin baş naziri Castin Trüdo bildirib.

"Onlar (nümayişçilər) iqtisadiyyatımız və ticarət tərəfdaşlarımızla münasibətlərimiz üçün təhlükədir. Onlar ictimai təhlükəsizliyə təhdiddir", - deyə C.Trüdo əlavə edib.