Aİ Rusiyanın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib Dünya

Aİ Rusiyanın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı Rusiyanın qondarma "DXR" və "LXR"ni tanıması ilə əlaqədar Rusiya Federasiyasının siyasi, hərbi və iqtisadi rəhbərliyinin təxminən 400 nümayəndəsinə, jurnalistlərə və ictimai xadimlərə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Sanksiyaları tətbiq edildiyi bütün şəxslərə Avropa İttifaqına giriş və Aİ-nin bank sisteminə çıxış qadağan edilib.

Sanksiyalar siyahısına Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, XİN-in rəsmə nümayəndəsi Mariya Zaxarova, jurnalistlər: Marqarita Simonyan, Vladimir Solovyov, Konstantin Knırik daxil ediliblər.

Sanksiyalar həmçinin baş nazirin müavinləri Marat Xusnulin, Dmitri Qriqorenko, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov, onun müavini Vladimir Kasatonob, quru qoşunları Baş Komandanı Oleq Salyukov, Hərbi Hava Qüvvələri komandanı Sergey Dronov, Hərbi Kosmik Qüvvələrin Baş Komandanı Sergey Surovkin və bir sıra digər şəxslərə qarşı tətbiq edilib.

Sanksiyalar siyahısına Rusiya Federasiyası Dövlət Dumasının ölkə Prezidenti Vladimir Putinə qondarma “DXR” və “LXR”ni tanınması üçün müraciətin lehinə səs verən 351 deputat da daxil edilib.