Boş qalan yerlərə ixtisas seçimi başlayır Hadisə

Boş qalan yerlərə ixtisas seçimi başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs¬sisələrinin boş qalan yerləri üzrə avqustun 4-dən 10-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan nəticələrinə əsasən, orta ixtisas təhsili müəs¬sisə¬lərinə qəbul olub qeydiyyatdan keçən abituri¬yentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
İxtisas seçmək hü¬ququ olan abitu¬ri¬yent orta ixtisas təhsili müəssisələ¬rinin dövlət hesa¬bı¬na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu¬nu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri¬yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy¬yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi¬qədən keçdiyi ixtisasların birin¬cisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları TQDK tərəfindən yara¬dıl¬mış müvafiq Qeydiyyat Komissiyasında mayın 20-dən iyunun 2-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.
"Xanəndəlik", "Vokal sənəti", "Dizayn", "Təsviri incəsənət müəllimliyi", "Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması", "Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi", "Dekorativ tətbiqi incəsənət və xalq sənəti", "Bədii yaradıcılıq işi" ixtisaslarını iyulun 7-dən 11-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan "məqbul" almış abituriyentlər seçə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunacaq.