“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu İdman

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Xorvatiyanın “Dinamo” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Azərsun Arena”da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 45-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Viktor Ani Çidioke penaltidən açıb. “Dinamo”nun oyunçusu Yona Benkotiç 54-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməsə də, 67-ci dəqiqədə tarazlığı bərpa edib. Roko Ban isə 90-cı dəqiqədə Zaqreb təmsilçisinə qələbə qazandıran qolu vurub.