“Heydər Əliyev xalqına, Vətəninə bağlı insan idi” Hadisə

“Heydər Əliyev xalqına, Vətəninə bağlı insan idi”

"Bu gün Azərbaycan dünyanın ən böyük dövlətləri sırasında nümunəvi bir dövlət kimi tanınır". Bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev öz xalqına, torpağına, Vətəninə bağlı insan idi: "Heydər Əliyev xalqını, Azərbaycanı sevdiyi üçün xalqımız Ulu Öndəri öz qəlbində əbədi olaraq saxlayacaq. Azərbaycanda inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndikcə ölkəmizin müstəqilliyinin, Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür".