“Strateji yol xəritələri köklü islahatların başlanğıcı olacaq” Hadisə

“Strateji yol xəritələri köklü islahatların başlanğıcı olacaq”

"Strateji yol xəritələri çox ciddi hazırlanmış bir sənəddir. Bu onu göstərir ki, Prezident İlham Əliyev ciddi islahatların bünövrəsini qoyur və bu islahatlar demək olar ki, ölkə həyatının bir çox sahələrini əhatə edir". Bunu politoloq Qabil Hüseynli milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı fərmana münasibət bildirərkən deyib.
O vurğulayıb ki, sahibkarlıq sahəsi ilə bağlı yol xəritəsi xüsusilə diqqəti cəlb edir: "Çünki bu islahatların həyata keçirlməsi ölkədə azad sahibkarlığın inkişafı üçün geniş perspektivlər açır, iqtisadiyyatının həm sağlamlaşmasına, həm də məşğuliyyətin artmasına, gəlirlərin çoxalmasına yardım edir. Ümumiyyətlə, islahatlar paketi adlandırılan bu yol xəritəsi köklü islahatların başlanğıcı olacaq və qeyri-neft sektorunun güclü inkişafına təkan verəcək Bu çoxdan gözlənilən addım, deməli bununla bağlı iş aparılırmış və işin nəticələti ortaya qoyulu".
Q.Hüseynli bilirib ki, sənədin icrasına nəzarət Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərliyinə tapşırılıb: "Bütün bunlar onu göstəriri ki, ölkə Prezidenti islahatlarla bağlı ciddi proqrama malikdir və onun reallaşmasüı üçün də ciddi addımlar atılmaqdadır".