Azərbaycanda siqaretdən istifadə məhdudlaşdırılır Hadisə

Azərbaycanda siqaretdən istifadə məhdudlaşdırılır


Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
İclasda komitənin yaz sessiyasının qanunvericilik işlər planı müzakirə olunaraq təsdiq edilib.
Azərbaycanda "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanun layihəsi komitənin yaz sessiyasının qanunvericilik planına daxil edilib.
İclasda çıxış edən millət vəkili Musa Quliyev bildirib ki, layihə ilə bağlı ictimai dinləmələr keçiriləcək. O, qeyd edib ki, istehlakçıların və istehsalçıların balanslaşdırılmış marağı nəzərə alınmalıdır:
Millət vəkili qanun layihəsinin parlamentin yaz sessiyasında qəbul edilməsini arzu edib.
Komitə üzvü İlham Məmmədov vurğulayıb ki, məktəblərin yaxınlığında yerləşən köşklərdə ədədlə siqaret satışının qarşısı alınmalıdır.