Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Durğu işarələrindən yazıda necə istifadə edilir?

Durğu işarələrindən yazıda necə istifadə edilir? Hadisə

Durğu işarələrindən yazıda necə istifadə edilir?

II yazı

Ötən sayımızda durğu işarələrinin yazıda işlənməsi ilə bağlı birinci yazını təqdim etmişdik. Dilçiliyin inkişaf qanunauyğunluqlarına əsasən yeniliklərdən vaxtında xəbərdar olmaq gərəkli və qaçılmazdır. Mövzunu davam etdiririk. Professor İsmayıl Məmmədli bildirir ki, bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur. Məsələn: Yağış yağır, rəqs eləyir gur damcılar (M.Müşviq). Sel gəldi, çayın suyu bulandı. Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır: "Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məs.: Şairdir, görünür, düz ilqarı var (S.Vurğun). Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M.Araz). Yəqin, (ara söz) sən də getməlisən. Elşən, əsasən, (ara söz) doğru məlumat verdi. Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq. Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr".
Əvəzliklərdə vergül. İsim, sifət, say və başqa əsas nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir. Dilçi-alim bildirir ki, mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məs.: O, əlbəttə, (modal söz) sənə inanır. Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır. Bu, mənim dostumdur. O, çox çalışır. O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz. Məs.: O işi mən görməliyəm. Bu tapşırığı düz yazmamışam.
O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil və köməkçi nitq hissələri (feli sifət və modal sözlərdən başqa) gələrsə, vergül qoyulmaz. Məs.: O getdi. Bu həm də tələbədir. O nə yaxşı oğlandır?! O necə də yaxşı cavab verdi?!
Köməkçi nitq hissələrində vergül işarəsi. Bağlayıcılarda vergül: "Cümlədə təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl vergül qoyulur. Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta, yəni, o cümlədən, həmçinin, habelə, halbuki, çünki, yoxsa, ona görə ki, eyni zamanda, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Göyün üzünü bulud aldı, amma yağış yağmadı. Vaxtında gəl, yoxsa içəri keçə bilməzsən.
Da, də bağlayıcılarından sonra vergül qoyulur. Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Ki bağlayıcısından sonra vergül qoyulur. Məs.: Katib cavab verdi ki, kağızın Mirzə Səfərdədir (Ə.Haqverdiyev). Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məs.: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı. Da, də bağlayıcıları cümlədə təkrar olunmayanda vergül qoyulmur. Gəncə də Azərbaycanın qədim şəhərlərindəndir. Belə ki, bağlayıcısından sonra vergül qoyulur.
Ədatlarda vergül. Bəli, xeyr, hə ədatları cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdə, sonra gələndə özündən əvvəl vergül qoyulur. Bu ədatlar söz-cümlə kimi işləndikdə intonasiyadan asılı olaraq onlardan sonra nöqtə, sual və nida işarəsi qoyulur. Məs.: - Görürəm, bəli, işlərin yaxşı gedir. Bu, belədir, bəli. - Xeyr, getmirəm. Hə, eşitmişəm. Xeyr, gedə bilməyəcəksən. Hə, düz deyirsən (ədat).
- İlqar, sən də getmək istəyirsən?
- Xeyr! (söz-cümlə)
- Hava soyuqdurmu?
- Bəli (söz-cümlə)".
İ.Məmmədli bir məqama da diqqət çəkir: "Ki həm ədat, həm də bağlayıcı kimi işlənir. Məs.: başa düşmədiyiniz bir şey yoxdur ki? (ədat). Ki əgər ədat vəzifəsindədirsə, ondan sonra vergül yazılmır. Məs.: Söz ki var, quş kimidir, buraxarsan uçar (ədat).
Ki bağlayıcıdırsa, ondan sonra vergül qoyulur: Yarım saatdan artıq idi ki, Səkinə gözləyirdi (bağlayıcı). Mən sənə dedim ki, belə danışma (bağlayıcı).
Yəni sözü də həm bağlayıcı, həm ədat kimi işlənir. Bu zaman cümlədə bağlayıcıdan əvvəl vergül yazılır. Ədatdırsa, heç bir durğu işarəsi qoyulmur. Məs.: Kənd ağsaqqalı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi məsləhət gördü (bağlayıcı). Mən Vüqarı, yəni qardaşımı gözləyirəm (bağlayıcı). Bu barədə yəni heç kəsə bir söz deməmisən? (ədat). Yəni bu çox pis işdir? (ədat).
Modal sözlərdə durğu işarələri. Modal söz cümlənin əvvəlində işlənəndə ondan sonra vergül, ortada gələrsə hər iki tərəfdə, sonda olarsa ondan əvvəl vergül qoyulur. Sanki, elə bil modal sözlərindən sonra vergül qoyulmur. Məs.: Sanki alçaq dağları bu yaradıb. Elə bil qışın qaranlığında gün çıxdı.
Ara sözlər morfologiyada modal sözlər adlanır. Məs.: Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib şəhadətnaməni aldım. Mən, doğrudan da, bu fikirdəyəm ki, Roma öz qüdrətini göstərmək üçün Çandranı yaradıb (M.İbrahimov).
Nidalarda durğu işarələri. Nidalarda belə durğu işarələri işlədilir. Cümlənin əvvəlində, ortasında və sonunda işlənən nidalarda aşağıdakı halda durğu işarələri qoyulur. Məs.: Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim (M.Müşfiq). Vah, bu imiş dərsi-üsuli-cədid?! Yox! Yox! Oğul, məktəbi-üsyandı bu (M.Ə.Sabir). Burada nidalardan sonra çox vaxt intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi qoyulur.
Qorxdum, ay aman, yarıldı bağrım! (M.Ə.Sabir) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (M.Ə.Sabir) (nida işarəsi cümlənin sonunda işlənib)".
Dəqiq yazı işləri ilə məşğul olanlar üçün aşağıdakı məqamlara diqqət yetirmək də çox gərəklidir:
Xüsusiləşmiş üzvlərdə durğu işarələri. Cümlədə məna və intonasiya cəhətdən fərqləndirilən üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Bütün cümlə üzvləri xüsusiləşə bilir: "Lakin tamamlıqlar və zərfliklər daha çox xüsusiləşir. Tamamlıqlar başqa, qeyri, özgə, savayı, əlavə, əvəzinə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məs.: Quşların səsindən başqa, bir səs eşidilmirdi. Plandan əlavə, otuz faiz pambıq nəzərdə tutulub.
Hacıyevin rotası yalnız səhərə yaxın düşmən mövqeyinə çatdı, çünki bütün gecəni projektorların işığı onların irəliləməsinə mane olurdu (Ə.Əbülhəsən).
Hamı, o cümlədən işə yeni götürülənlər həkim müayinəsindən keçməli oldu.
Mən və yoldaşlarım bir az asudə nəfəs alırdıq, ona görə ki ev dağın ətəyində, çayın kənarında idi.
Cümlədə təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur. Məsələn: Aydanmı, günəşdənmi yarandın, de nədən sən? Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən (S.Vur?un).
Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məsələn: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı. Əgər torpaq anadırsa, zəhmət atadır. Madam ki, xəfiyyəlik edirsən, göstər onun evini (İ.Şıxlı). İndi ki getmək istəyir, mane olmayın. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.
Belə ki bağlayıcısından sonra vergül qoyulur: İndi Azadın boş vaxtı yox idi, belə ki, o, gecə kurslarına da gedirdi.
İki nöqtə, nöqtəli vergülün işlənməsi: "Tabesiz mürəkkəb cümlənin məna əlaqələrindən biri olan aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən biri ümumilik bildirir, digəri isə onu aydınlaşdırır, konkretləşdirir. Məs: Ağartıya pul vermirdilər: inəyin südü ailəni görürdü. Beləliklə, tərkibində nida olan cümlələr heç də yalnız nida cümləsi olmur".

Uğur