Energetika Nazirliyinə 9 ayda 8 500-dən çox müraciət daxil olub İqtisadiyyat

Energetika Nazirliyinə 9 ayda 8 500-dən çox müraciət daxil olub

Bu ilin yanvar-sentyabr aylarında Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 8 519 vətəndaş müraciəti daxil olub.

Xalqcebhesi.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, müraciətlərdən 1 339-u məlumat, 7 180-i isə icra xarakterli olub. Bunlardan 6 835-i müvafiq qaydada icra edilib, 1 684 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 431 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.