Neft-qaz sektoruna bu il 3,7 mlrd. manata yaxın vəsait yönəldilib İqtisadiyyat

Neft-qaz sektoruna bu il 3,7 mlrd. manata yaxın vəsait yönəldilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 3 671,6 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 11,5% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib. 2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.