

Türkiyədə tədqiqat aparılan ərazidə başda barıt və flüorit olmaqla 694 milyon ton nadir torpaq elementinin olduğu müəyyən edilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Ərdoğan əlavə edib ki, Eskişehir vilayətinin Bəylikova rayonundakı nadir torpaq elementləri yatağında bu günə qədər 310 müxtəlif yerdə təxminən 125 min metr qazma işi aparılıb.