

Pakistan Xarici İşlər Nazirliyi günlərlə davam edən Əfqanıstan münaqişəsində 48 saatlıq müvəqqəti atəşkəs elan edildiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstanla sərhəddə baş verən qarşıdurmalardan sonra 48 saatlıq müvəqqəti atəşkəs elan edib.
Pakistan Ordusunun İctimai Əlaqələr Departamentinin (ISPR) yaydığı bəyanatda Əfqanıstanın Hayber Paxtunxvadakı sərhəd məntəqələrinə hücum etdiyi bildirilib.
Bəyanatda hücumlara cavab olaraq 6 tankın məhv edildiyi və 25-30-a yaxın əfqan qüvvələrinin öldürüldüyü bildirilir.
Məryəm Quliyeva