Azərbaycan Cənubi Osetiyadakı seçkiləri tanımır Hadisə

Azərbaycan Cənubi Osetiyadakı seçkiləri tanımır

Azərbaycan işğal olunmuş Cənubi Osetiyada keçirilmiş parlament seçkilərini tanımır.
XİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Rəsmi Bakı hesab edir ki, gürcü-osetin münaqişəsinin həlli yollarını tapmaq üçün danışıqlar prosesi konstruktiv şəkildə davam etdirilməlidir.