BAXCP sədri Bəxtiyar Zeynalovu təbrik edib Hadisə

BAXCP sədri Bəxtiyar Zeynalovu  təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından və BAXCP-nin qurucularından olan Bəxtiyar Zeynalovu 60 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli Bəxtiyar bəy!
Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayıram.
60 yaş insan ömrünün ən gözəl çağlarından biridir. Ömür yollarında bir əsrin yarısından çoxunu geridə qoyan hər kəs sabaha daha inamla və müdrik bir düşüncəylə addımlamaq üçün keçdiyi yola nəzər salmalıdır. Bu baxımdan Siz xoşbəxt insansınız.
Fəaliyyət göstərdiyiniz bütün sahələrdə Azərbaycan dövlətçiliyinə xidmət etmiş, öz vətəndaşlıq borcunuzu ləyaqətlə və şərəflə yerinə yetirmisiniz.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatlanmasında, ideyalarının təbliğində və yayılmasında yorulmadan çalışmısınız.
Hörmətli Bəxtiyar bəy!
Sizi bir daha təbrik edir, bizi ümummilli hədədlərimizə doğru aparan bu şərəfli mübarizə yolunda uğurlar arzulayıram.
Hesab edirəm ki, illər keçdikcə Siz hər zaman olduğu kimi öz şərəfli keçmişinizdən qürur duyacaqsınız".