Kəmaləddin Heydərov İranın nümayəndə heyətini qəbul edib Hadisə

Kəmaləddin Heydərov İranın nümayəndə heyətini qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikası sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tacın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov bildirib ki, prezident İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində Tehranda aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
FHN nümayəndə heyətinin cari ilin martında İrana səfəri zamanı sənaye və mədən sahələrində əməkdaşlığın gücləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub.
Öz növbəsində, M. X. Tac iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
İran nümayəndə heyəti FHN-in Böhran Mərkəzi ilə də tanış olub.