Sutka ərzində atəşkəs rejimi 29 dəfə pozulub Hadisə

Sutka ərzində atəşkəs rejimi 29 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Mərzili, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.