KİVDF qalibləri elan etdi Hadisə

KİVDF qalibləri elan etdi

Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri çırasında "Xalq Cəbhəsi" qəzetinin müxbiri də var


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü ilə əlaqədar keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini elan edib.
KİVDF-dən verilən məlumata görə, müsabiqə 2014-cü il mayın 20-dən iyulun 10-dək on istiqamət üzrə keçirilib. Müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 116 yazı təqdim olunub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib.
Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə 3 yazı müəllifi qalib elan edilib, ümumilikdə 30 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. 10 nəfər jurnalist isə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin qalibləri

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə:
1. Salahov Mətləbəli Bayraməli oğlu - "Səs" qəzetinin məsul katibi (36.6)
2. Abdullayev Məsayim Hacıxan oğlu - "Xalq" qəzetinin əməkdaşı (36.6)
3. Qasımov İlyas Xurşud oğlu - "Şəmkir" qəzetinin redaktoru (35.3)
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə:

1. Bayramov Rasim Məzahir oğlu - "Mövqe" qəzetinin baş redaktoru (38.6)
2. Paşa Elşad Əlhüseyn oğlu - "Yeni Müsavat" qəzetinin müxbiri (38)
3. Cəfərov Natiq Nəriman oğlu - "Kür" qəzetinin müxbiri (36)

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə:

1. Məmmədov Namiq Məmməd oğlu - "Ekspress" qəzetinin müxbiri (38)
2. Kazımov Xalid Vahid oğlu - "Üç nöqtə" qəzetinin müxbiri (37.3)
3. Ağayev İlkin Ağahüseyn oğlu - "Palitra" qəzetinin siyasət şöbəsinin müdiri (37.3)
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqaməti üzrə:
1. Abdullayev Mübariz Əhməd oğlu - "Yeni Azərbaycan" qəzetinin müxbiri (38.6)
2. Rəhimov Təbriz Kamal oğlu - "Həftə içi" qəzetinin redaktoru (36.6)
3. Məmmədova Yeganə Məhəmməd qızı - "Zaman-Azərbaycan" qəzetinin müxbiri (36.6)
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması:
1. Cəfərova Səriyyə Müslüm qızı - "Bizim Yol" qəzetinin müxbiri (37.3)
2. Səfiyev Söhrab Fərəməz oğlu - "Respublika" qəzetinin xüsusi müxbiri (36)
3. Bəhərçinli Çinarə Həsən qızı - "İsmayıllı xəbərləri" qəzetinin müxbiri (35.3)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə,

1. İbadov Suvar İnayət oğlu - "AzərTac" infor. agent. redaksiya müdiri (37.3)
2. Bağırzadə Lalə Emin qızı - "Kaspiy" qəzetinin mədəniyyət şöbəsinin redaktoru (36.6)
3. Abbaslı Tahir Tapdıq oğlu - "Paralel" qəzetinin şöbə müdiri (36.6)

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə:
1. Əhmədova İradə Məmməd qızı - "Olaylar" informasiya agentliyinin redaktoru (36.6)
2. Süleymanov Rəşad Məhəmməd oğlu - "APA" informasiya agentliyinin müxbiri (36)
3. Əliyev Abdulla Hacıağa oğlu - "Göyçay" qəzetinin baş redaktoru (34)

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə:

1. İbrahimov Əli Zülfüqar oğlu - "Xalq Cəbhəsi" qəzetinin müxbiri (38.6)
2. Yusubov Yusif Hacı oğlu - "Şərq" qəzetinin baş redaktorunun 1-ci müavini (36.6)
3. Həsənova Şəmsiyyə Əli qızı - "İki sahil" qəzetinin bölmə müdiri (35.3)
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqaməti üzrə:
1. Əliyev Məğrur Möhtərəm oğlu - "Kaspi" qəzetinin baş redaktor müavini (36.6)
2. Məmmədov Cabir Rza oğlu - "Səs" informasiya agentliyinin redaktoru (36)
3. Abdullayev Azər Ağadadaş oğlu - "Astara" qəzetinin baş redaktoru (34)
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi istiqaməti üzrə:

1. Nəcəfov Qəşəm Mirzə oğlu - "Azərbaycan" jurnalının şöbə redaktoru (38.6)
2. Vəliyev Fariz Əhməd oğlu - "Futbol+qol" qəzetinin baş redaktoru (37.3)
3. Səfərova Samirə Məmmədhənifə qızı - "Bakı-Xəbər" qəzeti baş redaktorunun 1-ci müavini (37.3)

BMT baş katibi Mahmud Abbasla görüşüb

BMT baş katibi Pan Gi Mun Doha şəhərində Qətər əmiri Tamim bin Xamad əl Tani və Fələstin lideri Mahmud Abbasla görüşlər keçirib.
APA-nın verdiyi məlumata görə, Pan Gi Munun Yaxın Şərq turnesinin məqsədi uzunmüddətli atəşkəsə nail olmaq İsrail və Fələstinə üçün kömək etməkdir.
BMT baş katibi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, habelə zorakılığı dayandırmağa çağırıb.
Pan Gi Mun Qətərdan sonra Küveyt, Qahirə, Qüds, Ramallah və Əmmana səfər edəcək.