Müsabiqə qaliblərinin adları açıqlanıb Hadisə

Müsabiqə qaliblərinin adları açıqlanıb

Mətbuat Şurasının “SOCAR-AQŞ” MMC ilə birlikdə Əsrin müqaviləsinin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin laureatlarının adları açıqlanıb.
Şuradan verilən məlumata görə, mükafatlandırma “SOCAR-AQŞ” MMC-nin Əsrin müqaviləsinin 25 illiyi ilə əlaqədar keçirdiyi mərasimdə baş tutub.
Müsabiqə 4 istiqamət üzrə keçirilib. Hər istiqamət üzrə mükafatlandırma ayrılıqda olub. Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılıb.
Təqdim edilən materialların ümümi sayı 45-dir ki, bunlardan 4-ü telekanallarda yayımlanıb. Qaliblər aşağıdakı istiqamətlər üzrə mükafatlandırılıblar.
I istiqamət
“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı
I yer - Kəmalə Mustafayeva, "Upstream" qəzeti - 2000 manat;
II yer - Qaşqay Ramazanov, "Yeni Azərbaycan"» qəzeti - 1500 manat;
III yer - Səbuhi Şəldiyev, ATV telekanalı - 1000 manat.
II istiqamət
Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir
I yer - Hüquq Salmanov, "Kaspiy" qəzeti - 2000 manat;;
II yer - Orxan İsrafilov, "İki sahil" qəzeti - 1500 manat;
III yer - Şahin Hüseynzadə, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) - 1000 manat.
III istiqamət
Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr
I yer - Fərəh Əliyeva, CBC telekanalı - 2000 manat;
II yer - Araz Balayev, İTV - 1500 manat;
III yer - Rövşən Əliyev, AZTV - 1000 manat.
IV istiqamət
Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri
I yer - Nihad Budaqov, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) - 2000 manat;
II yer - Seymur Əliyev, "Moderator.az" saytı - 1500 manat;
III yer - Səbuhi Məmmədli, "Lent.az" saytı - 1000 manat.
Həvəsləndirici mükafatlar
Nigar Abbasova, "İnterfaks Azərbaycan" İnformasiya Agentliyi - 400 manat;
Vasif Cəfərov, "Mövqe" qəzeti - 400 manat;
Günəş Nəcəfova, "Səs" İnformasiya Agentliyi - 400 manat;
Nərgiz Salmanova, "Yeni Müsavat" qəzeti - 400 manat;
Gülcahan Umudlu, "Mədəniyyət" qəzeti- 400 manat.