Çoxmərtəbəli yaşayış binasında yanğın Hadisə

Çoxmərtəbəli yaşayış binasında yanğın

İki azyaşlı tüstüdən zəhərlənib

Azərbaycanda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 kv.m sahədə yanıb.
Yanğın zamanı mənzildə köməksiz qalmış 2 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda xilas olunub və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.