Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
3 Dekabr 2019 11:47
2 240
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizinə çıxan üzmə va¬si¬tələrinə nəzarətin təşkili və xilasetmə təd¬¬birlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.
DSX-dən verilən məlumata görə, 01 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Res¬¬publikasına məxsus Hövsan rey¬din¬də olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İİR vətəndaşları 1976-cı il təvəllüdlü Ab¬ditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəl¬lüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əla¬qədar öz¬lərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sər¬həd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxi¬rəsalınmaz tədbirlər görülüb və onların Musa Nağıyev adına təcili tib¬bi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.
Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mər¬kə¬zin¬dən Dövlət Sərhəd Xidmətinin Sahil Mü¬ha¬fi¬zə¬sinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan rey¬din¬də hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstəril¬məsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirə¬salınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.
9 Noyabr 12:20
791
9 Noyabr 12:19
805
9 Noyabr 12:00
756