Elçin Quliyev döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşüb Hadisə

Elçin Quliyev döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşüb

2020-ci ilin 7-9 aprel tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib. "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mühafizə və müdafiə infrastruktu-runun yaradılması üzrə görülən tədbirlər nəzərdən keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.