ABŞ İranla tammiqyaslı müharibənin astanasındadır Dünya

ABŞ İranla tammiqyaslı müharibənin astanasındadır

İraq və İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra ABŞ İranla tammiqyaslı müharibənin başlamasına yaxınlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqdə hərbi təyyarələrin sayını artırmağa başlayıb. Bununla belə, ABŞ-nin hərbi əməliyyatları genişləndirməsi hava hücumundan müdafiə (HHM) vasitələrinin və uzaqmənzilli mərmilərin ehtiyatlarının azalması, eləcə də döyüş zədələnmələri səbəbindən regiona əlavə qoşun və təyyarələrin köçürülməsi imkanlarının məhdudlaşması ilə mürəkkəbləşə bilər.

Mənbə WP-yə bildirib ki, ABŞ-nin əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursu yoxdur.

Məryəm Quliyeva