20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 07:40
1 883
Venesuelada zəlzələlər nəticəsində həlak olanların sayı 5 208 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges öz Telegram kanalında məlumat verib.
O qeyd edib ki, son sutka ərzində həlak olanların sayı 139 nəfər artıb, xilas edilənlərin sayı isə dəyişməz qalıb. Venesuela hökumətinin yenilənmiş məlumatlarına əsasən, 128 324 ailəyə yardım göstərilib, 107 müvəqqəti düşərgədə 23 820 nəfər yerləşdirilib, 17 907 sakinsə evsiz qalıb. Zəlzələ 856 binaya ziyan vurub, onların 190-ı tamamilə uçub.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında 30 989 xilasetmə xidməti əməkdaşı, 31 745 könüllü və 2 278 xarici xilasedici iştirak edir.
Ölkə ərazisində yeraltı təkanlar davam edir. İndiyədək 1388 avterşok qeydə alınıb.
Məryəm Quliyeva
20 İyul 21:34
805
20 İyul 20:19
1 022
20 İyul 19:00
1 337