20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 08:06
1 428
ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti kəskin yüksəlib.
Brent markalı neftin noyabr fyuçersləri 3,05% bahalaşaraq bir barel üçün 90,79 ABŞ dollarına yüksəlib. Bununla da Brent iyunun 11-dən bəri ən yüksək səviyyəsini görüb. Marka ötən həftə isə 15,9% bahalaşaraq apreldən bəri ən güclü həftəlik artımını qeydə alıb.
ABŞ-ın WTI markalı xam nefti isə 2,65% bahalaşaraq 84,68 ABŞ dollarına çatıb. Bu, WTI üçün iyunun 12-dən bəri ən yüksək göstəricidir. WTI də ötən həftə 15,5% bahalaşaraq mart ayının əvvəlindən bəri ən güclü həftəlik nəticəsini göstərib.
Qiymət artımına ABŞ və İranın qarşılıqlı hücumları gücləndirməsi, həmçinin Hörmüz boğazında enerji daşımalarına təhdidlərin artması səbəb olub. Son günlər tərəflər bir-birinin dəniz daşımalarına qarşı tədbirlər gördüklərini açıqlayıblar. ABŞ İran limanlarına dəniz blokadası tətbiq etdiyini, İran isə Hörmüz boğazında hərəkət qaydalarını pozduğunu iddia etdiyi gəmiləri hədəfə aldığını bildirib.
Analitiklərin fikrincə, dünya üzrə neft ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında risklərin artması bazarda təkliflə bağlı narahatlıqları gücləndirib və neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
20 İyul 16:52
1 148
20 İyul 16:50
1 148
20 İyul 16:14
1 225