Azərbaycanda koronavirusa yoluxanların sayı 1398-ə çatıb, 712 nəfər sağalıb, 19 nəfər ölüb Hadisə

Azərbaycanda koronavirusa yoluxanların sayı 1398-ə çatıb, 712 nəfər sağalıb, 19 nəfər ölüb

Hazırkı dövrədək Azərbaycanda 1398 nəfər koronavirus infeksiyasına yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.