İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb Gündəm

İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb

İranla silahlı münaqişə zamanı həlak olan amerikalı hərbi qulluqçuların ümumi sayı, daha əvvəl itkin düşmüş hesab edilən çavuşun nəşinin tapılması və şəxsiyyətinin müəyyən edilməsindən sonra 18 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat verib.

Söhbət iyulun 17-də İranın endirdiyi zərbə zamanı xidmət yoldaşları ilə birlikdə ABŞ-nin İordaniyadakı hərbi bazasında olmuş çavuş Encel Rampersaddan gedir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) həmin vaxt iki hərbçinin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü bildirmişdi. İyulun 19-da komandanlıq İranın İordaniyadakı son zərbəsi bölgəsində insan qalıqlarının tapıldığı barədə məlumat vermişdi, indi isə onların şəxsiyyəti müəyyən edilib.

Məryəm Quliyeva