Nyu-York meri Mamdani Netanyahunu BCM-in orderi ilə həbs edə bilməyəcəyini etiraf edib Dünya

Nyu-York meri Mamdani Netanyahunu BCM-in orderi ilə həbs edə bilməyəcəyini etiraf edib

Nyu-York şəhərinin meri Zohran Mamdani şəhərin İsrailin baş naziri Binyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında saxlamaq üçün hüquqi səlahiyyətlərə malik olmadığını etiraf edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Mamdani "X" sosial şəbəkəsində yayımladığı videoda bildirib.

" Tamamilə aydındır ki, Beynəlxalq Cinayət Məhkəməsinin bu orderini icra etmək üçün bizim öz hüquqi səlahiyyətimiz yoxdur. Bununla belə, federal hökumət belə bir səlahiyyətə malikdir və mən onu BCM-ə qoşulmağa və bu orderi icra etməyə çağırıram", — deyib.

Məryəm Quliyeva