“Bu təmas sülh prosesinin varisliyini və hüquqi ardıcıllığını təmin edir”
“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də...” – Deputatdan ŞOK proqnoz
Zelenski: "Tramp Ukraynaya "Patriot" raketlərinin istehsal lisenziyasını verəcək"
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
20 Aprel 2020 11:17
1 925
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.
Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.
Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.