"Rusiya getdikcə tarixi aqreesor mahiyyətindən xeyli zəif duruma düşür" Dünya

"Rusiya getdikcə tarixi aqreesor mahiyyətindən xeyli zəif duruma düşür"

Rusiya-Ukrayna müharibəsi qarşılıqlı zərbələrlə davam edir. Bir-birinin infrastrukturunu məhv etməklə zəiflətmək taktikası mahiyyət etibarilə hər iki ölkənin iqtisadiyyatını dağıtsa da, bunun siyasi və mənəvi tərəfləri daha çox məna daşıyır. Rusiyanın Ukrayna ərazilərini vurması Ukraynanın işğala məruz qalmış ölkə kimi tərəfdaşlarını artırmaqla yanaşı ona dəstək verilməsi məsələsini daha da aktuallaşdırırsa, Rusiyanın enerji və infrastruktur obyektlərinin məhv edilməsi Rusiyanın hərbi gücünün sorğulanması ilə yanaşı onu mənəvi və imic baxımından aşındırır.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Rusiya kimi böyük bir dövlətin ərazisinin bu şəkildə zərbələrə məruz qalması, həm də çəkindirici nüvə gücünün olmasına baxmayaraq bu duruma düşməsi rəqib güclərin ona qarşı planlarında yeni mənzərə açılır. Məsələ ondadır ki, vaxtilə Rusiyaya qarşı NATO tərkibinə qatılmağı çıxış yolu hesab edən ölkələr indi Rusiyaya qarşı təkbaşına tədbirlər görür, onunla təkbətək vuruşmağın mümkün olduğunu hesab edirlər" - o, vurğulayıb.

Politoloq qeyd edib ki, Rusiyaya vurulan hər zərbə onun mahiyyətindən bir parça qoparır, onu kiçildir. Rusiya getdikcə tarixi aqreesor mahiyyətindən xeyli zəif duruma düşür.

Cavid