“Bu təmas sülh prosesinin varisliyini və hüquqi ardıcıllığını təmin edir”
“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də...” – Deputatdan ŞOK proqnoz
Zelenski: "Tramp Ukraynaya "Patriot" raketlərinin istehsal lisenziyasını verəcək"
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
12:46
336
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar onların xidmət şəraitinin və gələcək sosial təminatının daha da möhkəmləndirilməsinə xidmət edir.
Bunu xalqcebhesi.az-a politoloq Əfəndi İbrahim deyib.
Yeni mexanizmlər çərçivəsində hərbi qulluqçuların əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması, baza vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və rütbə maaşının payının 70 faizə çatdırılması nəzərdə tutulur.
İslahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial müdafiəsinə göstərdiyi xüsusi diqqət və qayğı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının qəbul etdiyi qərarlar hərbi qulluqçuların maddi təminatının gücləndirilməsinə və onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə yönəlib:
"Eyni zamanda, hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddinin həmin rütbə üzrə pensiya yaşı kimi müəyyənləşdirilməsi, pensiya təminatında fərdi şəxsi hesabda toplanan pensiya kapitalının və sabit aylıq əlavənin nəzərə alınması hərbi qulluqçuların sosial gələcəyinə yeni təminatlar yaradır.
İslahatlar dövlətin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının, onların xidmətinin və əməyinin layiqincə qiymətləndirilməsinin mühüm göstəricisidir. Hərbi xidmətin nüfuzunun artırılması və şəxsi heyətin sosial təminatının gücləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir".
Ə.İbrahim qeyd edib ki, bu mühüm dəyişikliklər hərbi qulluqçuların yalnız bu gününü deyil, gələcəyini də əhatə edən sosial təminat sisteminin formalaşdırılmasına yönəlib. Əməkhaqlarının artırılması, rütbənin maaş sistemində əsas meyarlardan birinə çevrilməsi və pensiya təminatının daha sistemli mexanizmlərlə həyata keçirilməsi hərbi xidmətin sosial statusunun daha da möhkəmləndirilməsinə xidmət edir. Bu yanaşma dövlətin hərbi qulluqçulara olan etimadının və onların fədakar xidmətinə verdiyi yüksək dəyərin ifadəsidir.
Cavid