"Krallıq Tehran üçün çox həssas bir hədəfdir" Dünya

"Krallıq Tehran üçün çox həssas bir hədəfdir"

Yəmənin "Ənsar Allah" hərəkatının Səudiyyə Ərəbistanının əsas obyektlərinə, o cümlədən Yanbu sahil terminallarına, Ər-Riyadın infrastrukturuna və Qırmızı dənizdəki məntəqələrə (Moxa və Perim adası) — hücumları yenidən bərpa etməsi İranın "proksi müharibə" strategiyasının effektivliyini təsdiqləyir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Vasili Papava deyib.

"Tehranın bu müharibəni husilər vasitəsilə aparmasının əsas səbəbi öz ərazisinə qarşı cavab zərbələrindən yayınmaq və rəsmi məsuliyyəti üzərinə götürməməkdir ("inandırıcı olmayan inkar" prinsipi). Bundan əlavə, bu, İran üçün asimmetrik və azxərcli bir üsuldur: ucuz dron və raketlərdən istifadə etməklə o, Ər-Riyadı milyardlarla dollar dəyərində olan bahalı hava hücumundan müdafiə resurslarını tükətməyə məcbur edir" - o, deyib.

Papava deyib ki, Səudiyyə Ərəbistanının xüsusi hədəf seçilməsi də hesablanmış bir addımdır; belə ki, Krallıq Tehran üçün həm çox həssas bir hədəfdir, həm də ona endiriləcək zərbə ən böyük maliyyə və siyasi ziyanı yaradır. İran bu hücumlar vasitəsilə eyni anda bir neçə məqsədə nail olmağa çalışır: Şahzadə Məhəmməd bin Salmanın "Vision 2030" layihəsi üçün həyati əhəmiyyət daşıyan xarici investisiyaları təhlükə altına atır, Ər-Riyadın ABŞ ilə inteqrasiyasına mane olur və Krallığı Yəmən məsələsində Tehranın xeyrinə güzəştlərə getməyə məcbur edir.

Cavid