Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib Siyasət

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.

Bu barədə XİN-in “X” hesabında bildirilib.

Nazir vurğulayıb ki, uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışının olmamasından irəli gələn coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına uğurla çevirib.

Nazir tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi daha dayanıqlı qlobal ticarət arxitekturasının formalaşmasına imkan verir.

Sülhün dayanıqlı bağlantıların yaradılması üçün zəruri şərt olduğunu vurğulayan Ceyhun Bayramov 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları, eləcə də regional və qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünü nümunə göstərib.

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildiribCeyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildiribCeyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib