Bakıda keçirilən Formula 2 üzrə sprint yarışında zəncirvari qəza olub İdman

Bakıda keçirilən Formula 2 üzrə sprint yarışında zəncirvari qəza olub

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışında zəncirvari qəza olub.

Apasport.az xəbər verir ki, yarışın sonlarında trasda xaotik vəziyyət yaranıb.

Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb. Hadisə sprint yarışının son dövrələrində qeydə alınıb.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.