20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
27 Aprel 2020 11:46
2 268
Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də 89 yaşında vəfat edib.
Abuzər Alı oğlu Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda - Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan olub. O, natamam orta təhsilini burada almış, İkinci Dünya müharibəsi illərində kənddəki kolxozda işləyə-işləyə təhsilini davam etdirib.
1950-ci ildə Abuzər Xələfov Bakı Dövlət Uni¬ver¬sitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub, ali təhsilini başa çatdıran kimi Bakı Dövlət Universitetində müəllim vəzifəsində saxlanılıb. 1955-1978-ci illərdə müəllim, baş müəllim, dosent vəzifələrində çalışır.
Abuzər Xələfov 1961-ci ildə Azərbaycanda kitab¬xana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktor¬luq dissertasiyaları müdafiə edir, professor elmi adı alıb. O, Sovetlər Birliyində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alimdir.
Prezident təqaüdçüsü olan görkəmli alim Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib.
20 İyul 20:52
938
20 İyul 20:00
1 211
20 İyul 19:50
1 197