“Əsas məsuliyyət insanlarımızın üzərinə düşür” Hadisə

“Əsas məsuliyyət insanlarımızın üzərinə düşür”

Elnur Eltürk: “Yeni dalğanın qurbanı almaq istəmiriksə qaydalara əməl etməliyik”

“Karantin rejimi qaydalarının yumşaldılması ölkədə virusa qarşı effektiv mübarizənin aparıldığını göstərir. Ancaq bu insanları kütləvi şəkildə küçələri çıxmasına əsas vermir. Qaydalara tam əməl etmək, kütləvi tədbirlərdən qaçmaq vacib şərtdir”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında araşdırmaçı jurnalist Elnur Eltürk səsləndirib. O bildirib ki, qaydalara riayət olunmaması yeni virus dalğasının yaranmasına gətirib çıxara bilər: “İnsanlarımız məsuliyyətli, diqqətli olmalı və gigiyenik qaydalara əməl etməlidirlər ki, yeni dalğa yaranmasın. Dünyanın bəzi siyasətçiləri yeni dalğanın başlayacağı ilə bağlı açıqlamalar verirlər. Şükürlər olsun ki, Azərbaycanda vəziyyət nəzarətdədir. Sağalanların sayı çoxdur. Bu müsbət tendensiyadır. Dövlətimiz insanlarımızın sağlamlıqlarının qorunması üçün bütün addımları atır. Burada yenə əsas məsuliyyət insanlarımızın üzərinə düşür. Əgər, yeni dalğanın qurbanı almaq istəmiriksə, qaydalara əməl etməliyik”.