QHT və ya dini təşkilatlarla bağlı yeni qaydalar Hadisə

QHT və ya dini təşkilatlarla bağlı yeni qaydalar

Azərbaycanda vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı və ya dini təşkilatların maliyyə monitorinqi və daxili nəzarət sistemi ilə bağlı qaydalar yenilənir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanununa 6.5-ci maddə əlavə olunur.
Maddədə bildirilir ki, bu qanunun 4.0.9-cu maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı və ya dini təşkilat) nəzərdə tutulmuş təşkilatlar tərəfindən bu qanunun 9 (Müştərilərin və benefisiarların eyniləşdirilməsi) və 12-ci (Hüquqi şəxs olan monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi) maddələrinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.