25 İyul 17:20
2 May 2020 16:24
2 100
Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib.
Bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir:
• Onlayn tədris prosesinə üstünlük verilməlidir;
• Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;
• Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;
• Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
• Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;
• Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
• Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.
25 İyul 17:19
756
25 İyul 14:23
812
25 İyul 14:19
819