Baş toksikoloq: "4 ayda metil spirtindən 28 nəfər zəhərlənib, onlardan 14-ü ölüb" Hadisə

Baş toksikoloq: "4 ayda metil spirtindən 28 nəfər zəhərlənib, onlardan 14-ü ölüb"

Bu ilin 4 ayında Kliniki Tibbi Mərkəzə spirtli içkidən zəhərlənmə ilə bağlı qəbul olunanların sayı açıqlanıb.
Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, 4 ayda metil spirtindən 28 nəfər zəhərlənib. Onun sözlərinə görə, zəhərlənənlərdən 14-ü ölüb.
Baş toksikoloq qeyd edib ki, yanvar-aprel aylarında sirkə turşusundan 12 nəfər zəhərlənib və onlardan 1-i ölüb.