Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
25 May 2020 11:08
2 219
Mayın 25-i səhərədək bəzi şimal və qərb rayonlarında yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Zaqatala, Kişçayda (Şəki) 3 mm, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.
Mayın 25-i səhər saatlarından güclü şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.
Qeyd olunub ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın şərq rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.
9 Noyabr 12:20
791
9 Noyabr 12:19
805
9 Noyabr 12:00
756