28 Oktyabr 12:30
3 İyul 2020 17:23
1 456
Azərbaycanda koronavirusdan ölüm halları 2 faizdən aşağıdır.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu gün ölkədə COVİD-19-a 583 yeni yoluxma faktı aşkarlanıb, 7 nəfər dünyasını dəyişib. İndiyədək 235 nəfər bu virusdan dünyasını dəyişib, 10820 nəfər sağalıb. Hazırda 59 nəfər süni tənəffüs aparatına qoşulub.
R.Bayramlı qeyd edib ki, hazırda ölkədə 8212 nəfər aktiv xəstə var.
28 Oktyabr 18:17
980
28 Oktyabr 17:35
1 120
28 Oktyabr 17:33
1 190