“Ermənilərə heç bir təzyiq göstərmirlər” Hadisə

“Ermənilərə heç bir təzyiq göstərmirlər”

Bahar Muradova: "Ermənistan bugünədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir"
"Bu gün Azərbaycanı münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər" Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradovanın sözlərinə görə, Xocalı soyqırımı məsələsi son illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və bununla bağlı müvafiq qərarlar qəbul edilib.
Vitse-spiker bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı olduqları üçün ermənilər tərəfindən qətlə yetiriliblər: "Biz ən müxtəlif səviyyələrdə bu məsələni qaldırırıq. Ermənistan bugünədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir".