Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
AMEA-nın institutlarına magistr qəbulu problemlərin həllinə təsir göstərə biləcəkmi?

AMEA-nın institutlarına magistr qəbulu problemlərin həllinə təsir göstərə biləcəkmi? Hadisə

AMEA-nın institutlarına magistr qəbulu problemlərin həllinə təsir göstərə biləcəkmi?

Aynur Qəzənfərqızı: "Azərbaycanda elm sahəsində ən böyük problem maddi sıxıntıdır"

Şahlar Əsgərov: "Akademiyada magistratura təhsilinin olması qorxulu deyil"

Fəhmin Salmanov: "AMEA-nın qarşısına qoyduğu hədəflər sırasında elm tutumlu sahələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir"

2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları yaxın 1 həftə ərzində yekunlaşacaq. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsa¬biqə əsasında qəbul olunurlar. Onun sözlərinə görə, doktoranturaya qəbul olmaq istəyənlər birinci mərhələdə ixtisas fənnindən, ikinci mərhələdə isə xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər: "Qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. Doktoranturaya qəbul olmaq istəyənlər üçün ixtisas fənnindən imtahanlar yekunlaşıb. İkinci imtahan - xarici dildən və fəlsəfədən imtahanlar isə yaxın günlərdə başlayacaq. Ümumilikdə, doktoranturaya qəbul imtahanları gələn həftənin sonuna kimi hər iki imtahan başa çatacaq".
Qeyd edək ki, doktoranturaya sənədlər sentyabr ayının 30-dək qəbul edilib. Qəbul imtahanları cari ilin oktyabr ayında keçirilib. Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxsl¬ərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli mə¬zu¬niyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar, amma yataqxana ilə təmin edilmirlər.
Onu da əlavə edək ki, akademiyanın institutlarına magistr pilləsi üzrə qəbul planlaşdırılır. Bir meddət öncə AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilib. Ölkə prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"ndə magistratura yolu ilə yüksəkixtisaslı kadrların hazırlanması barədə bir sıra müddəalar təsbit olunub. Həmçinin, Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı Akademiya qarşısında müəyyən vəzifələr qoyulub.
Qeyd olunanlar AMEA-nın yüksəkixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinin, magistratura təhsil səviyyəsi də nəzərə alınmaqla, yeni əsaslar üzərində təşkili zərurətini meydana çıxarıb.
Bütün bunları nəzərə alaraq, AMEA-nın prezidenti Akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı dövlət başçısına müraciət edib. Müraciət ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanıb, Akademiyaya magistr hazırlığının təşkili üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılıb. Həmçinin magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, məzunlara gənc yaşlarından elmi tədqiqat vərdişləri aşıladığını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilib.
Ümumiyyətlə Elmlər Akademiyasının mövcud modeli Azərbaycan elminə nə verir? AMEA-nın institutlarına magistr qəbulu bu sahədə problemlərin həllinə təsir göstərə biləcəkmi?
AMEA Folklor İnstitutunun əməkdaşı Aynur Qəzənfərqızı bu məsələyə belə bildirdi: "Folklor İnstitutu qurulduğu gündən bu yana aktiv şəkildə folklorun toplanması və tədqiqi işində aktivdir. Xarici elm ocaqları ilə birlikdə tədbirlər təşkil edərək institutun vizyonunu beynəlxalq arenada həm də genişləndirir. Biz xaricdə AMEA deyərkən dərhal Folklor İnstitutunun adını çəkmələri bu yöndəki fəaliyyətimizin nəticəsidir. Azərbaycanda elm sahəsində ən böyük problem maddi sıxıntıdır. Elmdəki problemin həlli sadəcə yaxşı maaş verməklə düzələcək. Beləliklə elmlə məşğul olanlar ailəsini dolandırmaq, pul qazanmaq üçün ikici üçüncü işləri görməklə məşğul olmayacaqlar. Nəticədə də bütün enerjilərini elmə sərf edəcəklər. Bu da elmin inkişafına gətirib çıxaracaq".
Ekspert Qalib Quliyev isə bildirdi ki, Elmlər Akademiyasının institutlarına magistr pilləsi üzrə qəbul heç bir yenilik yaratmayacaq. Onun sözlərinə görə, bu, təhsildə keyfiyyət dəyişikliyinə gətirib çıxarmayacaq".
Təhsil üzrə eksoert Şahlar Əsgərov isə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin verilməsinə akademiya ilə universitetlərin təbii inteqrasiyası kimi yanaşmaq olar: "Yəni akademiya mütəxəssis hazırlayacaq, universitetlər isə daha güclü elmi işlər görəcək. Üç ilə, beş ilə, iyirmi ilə təbii inteqrasiya gedəcək və bunlar bir-birinə birləşəcək. Bu baxımdan, akademiyada magistratura təhsilinin olması qorxulu deyil, çox xeyirli addımdır. Əksinə, akademiyanın potensialından istifadə daha keyfiyyətli mütəxəssislərin hazırlanmasına kömək olar".
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə diqqətə çatdırıb ki, magistratura birbaşa təhsillə bağlıdır: "Fikrimcə, AMEA-da magistr təhsilinin verilməsi işin xeyrinə olmaz. Belə çıxır ki, AMEA sabah da bakalavr pilləsində təhsil verməyə iddia edə bilər. Heç AMEA-da magistr hazırlamaq üçün imkan bir yana, öz işçilərinin belə oturması üçün yer yoxdur. Əksinə, mən hesb edirəm ki, inkişaf etmiş ölkələrdəki kimi, AMEA ləğv olunmalı, doktorantura pilləsi də ali məktəblərə verilməlidir".
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirdi ki, Elmlər Akademiyası Azərbaycanın əsas elm mərkəzidir: "AMEA son dövrlərdə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə əsas məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyası və eyni zamanda ölkəmizin inkişafının fundamental və tətbiqi elmi əsaslarının işlənib hazırlanmasıdır. Beynəlxalq təcrübə də göstərir ki, o ölkə, o cəmiyyət qısa müddətdə davamlı inkişafa nail olub, həmin ölkənin iqtisadiyatı elm əsasında formalaşdırılıb. Bu konteksdən çıxış edərək deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısına qoyduğu hədəflər sırasında elm tutumlu sahələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında həyata keçirilən institutsional və struktur islahatlar yuxarıda qeyd olunan hədəflərə çatacağımıza əminlik yaradıb. Artıq elmin kütləvi təbliği, elmi populyarlığın artırılması sahəsində reallaşan ideyalar bundan xəbər verir. Təkcə bir faktla fikrimə aydınlıq gətirmək istəyirəm. Bu yaxınlarda ilk dəfə olaraq Azərbaycanda elm festivalı keçiriləcək. Bu ideya da məhz AMEA-nın yenilənmiş modelinin tərkib hissəsidir. Bu yeninlik Azərbaycan elminin əldə etdiyi son nailiyətlərinin nümayişini təmin edəcək, həm də bu elmi nəticələri görə iş adamı, biznesmen öz işini AMEA ilə birlikdə elmi əsalar üzərində qura biləcək. Bu da dövlət başçısının tövsiyə etdiyi biliklər iqtisadiyatının formalaşmasına bir töhfədir".

Əli