İranın müxtəlif şəhərlərində hakimiyyətə dəstək yürüşü keçirilir
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb
Azərbaycanda kartof istehsalında problemlər: “Texniki kartof” iddiaları və real mənzərə - ARAŞDIRMA
Danimarkanın ABŞ-dakı səfiri: Qrenlandiyanın taleyini yalnız sakinləri müəyyən edə bilər
"Yeni dünya siyasi nizamında əsas və həlledici güc kimi ABŞ qalmaqdadır"
24 Noyabr 2020 11:12
2 205
Bu gün antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır, bu məsələ qanunvericilikdə tənzimlənir. Əfsuslar olsun ki, bu tənzimlənmə kağız üzərində qalır.
Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər: “Bu dərmanlar açıq satışda var, buna nəzarət yoxdur. Bu, bizim problemimiz idi. COVİD dönəmində bu problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır. Bunu mütləq etməliyik. Yoxsa COVİD-dən sonra ağır fəsadlarla üzləşəcəyik”.