Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 21,5% azalıb İqtisadiyyat

Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 21,5% azalıb

2026-cı ilin yanvar-may aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azalıb.

Bu barədə Ermənistan Statistika Komitəsindən bildirilib.

Məlumata görə, cari ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard 196 milyon ABŞ dolları təşkil edib. Halbuki 2025-ci ilin yanvar-may aylarında bu göstərici 2 milyard 763 milyon milyard dollar olub.

Bununla yanaşı, Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı da azalıb. Belə ki, 2026-cı ilin yanvar-may aylarında bu göstərici 28%, ötən ilin eyni dövründə isə 35,1% təşkil edib.

Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı da 2025-ci ilin ilk beş ayında qeydə alınmış 36,7%-dən 2026-cı ilin eyni dövründə 29,8%-ə enib.

Bununla belə, Ermənistanın Aİİ-nin digər üzv ölkələri ilə ticarət dövriyyəsi artıb. Belarusla ticarət 8,3%, Qazaxıstanla 10%, Qırğızıstanla isə 194,8% yüksəlib.

Statistika Komitəsinin məlumatına əsasən, Ermənistanın ümumi xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-may aylarında 7 milyard 865 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır. 2025-ci ilin ilk beş ayında bu göstərici 7 milyard 870 milyon milyard dollar təşkil etmişdi.