Erməni xisləti Hadisə

Erməni xisləti

Roma tarixçisi Korneli Tatsit: "Ermənilər qədimdən ikiüzlü və riyakardır"

Erməni millətçilərinin canına, qanına hopmuş və xarakterinə xas olan satqınçılıq, xəyanətkarlıq, ikiüzlülük, arsızlıq, məkr və hiylə bu gün erməni millətinin milli mentalitetinin - erməni kələkbazlığının göstəricilərinə çevrilib. Qoy ermənilik xəstəliyinə yoluxmuş erməni və erməni diasporasının yalağına çənə söykəmiş Baronessa Koks, Qalina Starovoytova, Andrey Nuykin, senator Robert Doul kimi adamcıqlar ermənilərin sadalanan imiclərini ittiham edən qeyri-türk müəlliflərin fikir və düşüncələrini nəzər-diqqətlərindən qaçırmasınlar, türkün ünvanına söz deyərkən haqqa, ədalətə söykənsinlər. Erməni məkr və hiyləsinin, ikiüzlülüyünün, erməni riyakarlığının nə demək olduğunu, nədən qaynaqlandığını, hardan qidalandığını dərk etsinlər. Heç olmasa, Aleksandr Dümanın "Qafqaz səfəri", XI əsr fars müəllifi Unsur-əl-Məali ibn İsgəndərin (1021-1098) 1082-ci ildə qələmə aldığı "Qabusnamə" kitablarını oxusunlar. Erməni təəssübkeşliyindən xilas olmaq, türkə qərəzdən qurtulmaq istəklərini öz vicdanlarının (əgər varsa) ixtiyarına buraxsınlar. Azərbaycan türkü üçün düşmənə çevrilən erməni-daşnak faşistlərinin barbarlığından, vandalizmindən xəbər tutsunlar. Axı erməni-daşnak faşizminin bütün fitnə-fəsadları göz qabağındadır. Bu gün "Ermənistan" adlanan Qərbi Azərbaycanda və 20%-i işğal olunmuş Mərkəzi Azərbaycan torpağında, Qarabağda bir nəfər də olsun aborigen, avtoxton azərbaycanlı əhali yaşamır. Avtoxtonlar ana yurdlarından didərgin salınaraq erməni-daşnak faşizminin etnik təmizləmə və soyqırımı siyasətinin günahsız qurbanlarına çevriliblər. Erməni-daşnak faşizminin XX yüzillikdə mərhələlərlə törətdiyi azəri soyqırımının dəhşətinə məruz qalıblar. İkiəsrlik bir müddətdə üzdə, sözdə dost, əməldə düşmənçilik siyasəti yeridən ermənilərin qonşu haqqını tapdalamaları, ədalətsiz ərazi iddiaları, zorla torpaq mənimsəmək təcavüzləri, qonşu malına hərislik və cinayətkar hərəkətləri səngiməyib. Zaman-zaman arzuolunmaz qonaq kimi Azərbaycan torpağına ayaq basan, bu torpaqda özünə yuva quran erməni-daşnak faşistləri Azərbaycanın varlığına qənim kəsiliblər. Heç bir vəhşilikdən, rəzillikdən, alçaqlıqdan, riyadan, şər və böhtandan çəkinməyərək bir qarış tarixi torpağı olmayan bir ərazidə maddi və mənəvi terrorlarını həyata keçirmək, yeritmək və pərdələmək üçün ardı-arası kəsilməyən qırğınlar törədib və anti-Azərbaycan mövqeyində riyakar yazılar çap etdiriblər. Dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan türkünü zorla iğtişaşlara çəkib, qanlı toqquşmalara sürükləyiblər.
İkiüzlülük, riyakarlıq, məqsədə çatmaq üçün hər cür alçaq vasitə və yollardan istifadə edən kələkbaz ermənilərin bu kimi xəyanətkar xislətləri, çirkin niyyətləri, təbii ki, dünyanın ayrı-ayrı işıqlı insanlarının, habelə, tarixi faktları təhrif etməyən, siyasiləşmədən uzaq, həqiqətpərəst tarixçilərin, irfan sahiblərinin nəzər-diqqətlərindən kənarda qala bilməzdi. Erməni xislətinə bələd olan bu sayaq müdrik insanların, millət sərraflarının ermənilər haqqında dedikləri, yazdıqları haqqa söykənən təməl sənədlərdir, tarixi məxəzlərdir. Mayası şərdən tutulmuş, xəmiri fitnə-fəsaddan yoğrulmuş, kündəsi yalandan ərsinlənən, xisləti böhtan və iftiradan möhürbənd olmuş ermənilər və erməni milləti barəsində öz fikir və düşüncələrini, mülahizə və qənaətlərini konkret şəkildə qələmə alıblar. Bu gün bu müəllifləri biz ancaq dərin minnətdarlıq hissləri ilə xatırlayır, yad edir, həqiqəti vəsf edən səslərini haqq səsimizə qatırıq.

***

Qədim Roma tarixindən bir səhifə: "İmperator Avqustin dövründə Ermənistanın işğalına həsr olunmuş metal manatlarda II Tiqran alleqorik tərzdə-məğlub olmuş öküz və ya gənc hökmdar timsalında, əl-ayağı bağlı, imdad diləyən əsir erməni döyüşçüsü şəklində təsvir olunur. 115-117-ci ilin metal manatlarında isə Ermənistan dövləti Roma imperatorunun ayaqları altında oturmuş qadın şəklində təsvir edilir. Roma tarixçisi və yazıçısı Petroni ermənilər haqqında: "Ermənilər də insandılar, lakin evlərində dörd ayaq üzərində gəzirlər".
Bizans imperatoru IX Konstantin Monomax (1042-1055) üsyankar ermənilərin Qirqorian kilsəsini "fitnə-fəsad yuvası", Edesli Matvey isə XI əsrin II yarısında Bizansın siyasi xadimi olmuş erməni mənşəli Filareti "şeytanın sevimlisi" adlandırıb. Ümumiyyətlə, ermənilərə Bizans ərazisində qeyri-sabitlik amilinin daşıyıcıları, fitnə-fəsad, qarışıqlıq törədən xəyanətkar ünsür kimi baxmışlar.
XI əsr fars müəllifi Unsur-əl-Məali Keykavus ibn İsgəndər (1021-1098) yazır: "Ermənilərin eybi: bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşçül, ürəyi xıltlı və ağasına düşmənçilik edəndir. Ümumiyyətlə, başdan-ayağa müsbətdən çox, mənfiyə yaxındır". Yenə orada - "Yer kürəsindəki mövcud xalqlardan ermənilər ona görə fərqlənirlər ki, onların təbiətində və xarakterində murdarlıq var". Erməni xalq məsəli:"Varteğ hay, aynteğ vay"-"Har¬da erməni var, orda vay var". Gürcü atalar sözü:"Movida somexi, moydana sxva mexi"- "Ermənilər gəldilər, özləri ilə yeni bəlalar gətirdilər".
XIX rus tarixçisi S.M.Solovyov yazır: "1701-ci ildə İzrail Ori adlı erməni keşişi boyar Qolovnikin yanına gəlir. O, çara məktub yazaraq İran şahını məğlub etmə yollarını, ermənilərin bu işdə ona kömək edəcəyini, Rus dövlətinin Qafqaza yiyələnəcəyini inandırıcı faktlarla göstərir. Minas Vartapet 1718-ci ildə ermənilərin xilas olması, daha doğrusu, rusların himayəsinə keçməsi barədə ayrıca bir məktub hazırlayıb çara göndərir. Erməni yepiskopu isə yazıb bildirir ki, 100 min erməni silahlısı imperatorun yolunu gözləyir".
"I Pyotr işğal olunmuş ərazilərin Rusiyanın əlində möhkəmləndirilməsi üçün orada xristian əhalisinin artırılması və müsəlmanların azaldılmasını ən vacib vasitə hesab edirdi".
"Bu xəritədən aydın olur ki, bütün dövlət ərazisində İrəvan qalasından başqa qala yoxdur. Allah özü bütün qoşunlarımıza onu tutmağa kömək eləsin";
XIX əsr rus tarixçisi P.Q.Butkov yazır: "I Pyotr ölümündən qabaq, 10 noyabr 1724-cü ildə üç ermənini katolikos İsayya ilə birlikdə qəbul edir. "Ermənilərə əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşdirmək" barədə onların xahişini dinləyir. Elə o gündəcə I Pyotr erməni xalqının orada yerləşdirilməsi haqqında general-leytenant Matuşkinin və briqadir Levaşovun adına buyruq verir: "Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa ərazilərdə yerləşdirilməsinə çalışın, bu bölgələrdəki yerli əhalini isə imkan düşdükcə sıxışdırıb oradan çıxarın".
Knyaz V.Dolqorukin 7 may 1727-ci ildə yazırdı: "Saqanas toplumundan olan ermənilər onun hüzuruna vəkillərini göndərib ondan xahiş edirlər ki, onların hamısı imperatriça həzrətlərinin təbəəliyində olsun və ona məxsus olan əyalətlərdə yerləşmək üçün (onlara) torpaq verilsin; bu torpaqlar onlara göstərilmiş və ermənilər oranı gördükdən sonra bəyənib razı qalmışlar".
Rusiya imperatriçası II Yekaterina 1783-cü il aprel ayının 6-da göstəriş verir:"İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis etməli".
19 may 1783-cü ildə rus qoşunlarının baş komandanı general-feldmarşal knyaz Q.A.Potyomkin II Yekaterinaya yazırdı:"Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək və bunlar vasitəsi ilə Asiyada xristian dövləti yaradacağımız barədə erməni məliklərinə göstərişlər vermişəm". 1780-cı il yanvarın 3-də Moskvada özünə yer etmiş erməni keşişi Arqutinski və Yegizaryanın uydurma "Böyük Ermənistanın" bərpası və İrəvanda ayrıca Erməni dövləti yaradılması xahişinə knyaz Q.A. Potyomkinin cavabı: "Bu mümkündür, ancaq sizin patriarxınız bir neçə yerli hakimlə sizinkilərin xilası haqqında məsələ qaldırması vacibdir, bundan sonra biz sizin köməyinizə gələrik".
Qraf V.Zubov tabeliyində olan bütün yüksək rütbəli zabitləri xəbərdar edərək (II Yekaterinanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrinin xristianlaşdırılması tapşırığı ilə bağlı) bildirirdi: "İrəvan xanlığının xristianlaşdırılması məsələsi çox gizli saxlanılmalıdır. Ona görə ki, bütün gələcək planlarımızın məqsədinin açıqlanması və bu barədə hər hansı bir xəbərin müsəlmanlara əvvəlcədən çatması onları oyadar və təlatümə gətirər".
I Pyotr Matyuşkinə göndərdiyi fərmanda yazırdı: "Bakı sakinlərindən silahlar yığılsın, müqavimət göstərənlər Astarxana sürgün olunsunlar. Şahın 300 nəfərlik xidmət adamlarından 100 silahlı suvarini imperator xidmətinə qəbul etmək, qalanlarını isə azad etmək. Daha çox bakılının şəhərdən köçürülməsi mümkündür. Gilan və Mazandaranda da müsəlman türklərini azaltmaq gərəkdir".
I Pyotr tərəfindən Xəzərboyu vilayətlərdə fəaliyyət göstərən rus hakimiyyəti orqanlarına belə bir göstəriş verilmişdi: " 1) Müqəddəs Xaç, Dərbənd və Bakı qalalarında məskunlaşmaq üçün ermənilərə tələb olunan və kifayət qədər yer ayrılsın. Salyan, Gilan və Mazandaranda həm şəhərlərdə, həm də kəndlərdə bu qaydaya əməl edilsin; 2) ermənilərə boş qalmış, kimsəsiz həyətlər və məskənlər, həmçinin Rusiyanın açıq düşmənlərinə və şübhəli şəxslərə mənsub mülklər də verilsin; 3) ermənilərə hər cür köməklik göstərilsin və onların müsəlmanlardan möhkəm qorunması təmin edilsin".
Çar I Aleksandr 1802-ci il sentyabr ayının 26-da Azərbaycan xalqının cəlladı, gürcü mənşəli çar generalı P.D.Sisianova yazırdı: "Nəyin bahasına olursa-olsun Azərbaycanın bu və ya digər xanlıqlarına hücumda ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə, bu adam Rusiyaya sədaqətli şəxs, erməni keşişi Danil ola bilər".
I Pyotr tərəfindən Xəzərboyu vilayətlərdə fəaliyyət göstərən rus hakimiyyəti orqanlarına belə bir göstəriş verilmişdi: " 1) Müqəddəs Xaç, Dərbənd və Bakı qalalarında məskunlaşmaq üçün ermənilərə tələb olunan və kifayət qədər yer ayrılsın. Salyan, Gilan və Mazandaranda həm şəhərlərdə, həm də kəndlərdə bu qaydaya əməl edilsin; 2) ermənilərə boş qalmış, kimsəsiz həyətlər və məskənlər, həmçinin Rusiyanın açıq düşmənlərinə və şübhəli şəxslərə mənsub mülklər də verilsin; 3) ermənilərə hər cür köməklik göstərilsin və onların müsəlmanlardan möhkəm qorunması təmin edilsin".
Çar I Aleksandr 1802-ci il sentyabr ayının 26-da Azərbaycan xalqının cəlladı, gürcü mənşəli çar generalı P.D.Sisianova yazırdı: "Nəyin bahasına olursa-olsun Azərbaycanın bu və ya digər xanlıqlarına hücumda ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə, bu adam Rusiyaya sədaqətli şəxs, erməni keşişi Danil ola bilər".

Əlisahib Əroğul,
yazıçı-publisist