28 Oktyabr 12:30
14 Yanvar 2021 14:15
1 575
Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu 2020-ci il 29 sentyabrda Səfərbərlik Xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb. Oktyabrın 27-də Laçının Arpagədik kəndində ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.
Cəlal Bayramovun şəhid olduğu yanvarın 13-də ailəsinə xəbər verilib.
DNT analizi vasitəsi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.
Şəhid Saatlının Çolpu kəndində dəfn olunub.
Allah rəhmət eləsin!
28 Oktyabr 18:17
1 064
28 Oktyabr 17:35
1 190
28 Oktyabr 17:33
1 274