Gürcüstan BTQ ilə ilk sınaq qatarını buraxmağa hazırdır Hadisə

Gürcüstan BTQ ilə ilk sınaq qatarını buraxmağa hazırdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsi sınaq qatarının buraxılmasına hazırdır. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze BİA-da keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, BTQ-nin Gürcüstan hissəsinin tikintisi işləri əsas etibarilə tamamlanıb.
Bakı-Tbilisi-Qars layihəsinin 2015-ci ildə başa çatdırılması planlaşdırılır, bu ilin sonuna kimi isə ilk sınaq işçi qatarının buraxılması nəzərdə tutulur.